Səudiyyə Ərəbistanı ordusu qonşu ölkəyə daxil oldu
02.09.2015 755 0.0 0

Səudiyyə Ərəbistanı ordusu Yəmənə daxil olub.

 

RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin bəyan edib.

 

Onun sözlərinə görə, Yəmən ərazisinə Səudiyyə Ərəbistan ordusu ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərinin qoşunları da yeridilib.

 

“Çox tezliklə biz Yəmənin yeni azadlıq bayramını, husilərdən azad olunmasını qeyd edəcəyik”, deyə R.Yasin bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar