Səudiyyə Ərəbistanı neftin qiymətini rekord həddə çatdırıb
05.04.2022 326 0.0 0

Səudiyyə Ərəbistanı bütün bölgələrdəki müştəriləri üçün neftin qiymətini qaldırıb.

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, dövlət istehsalçısı olan "Saudi Aramco" şirkəti gələn ay Asiyaya tədarükü üçün nəzərdə tutulan “Arab Light” markalı xam neftin qiymətini istifadə etdiyi göstəricidən bir barel üçün 9,35 dollar yüksəldib.

Bu, aprel üçün müəyyən olunmuş qiymətdən 4,40 dollar çoxdur.

Səudiyyə Ərəbistanının neft daşımalarının 60%-dən çoxu Asiyaya gedir, Çin, Yaponiya, Cənubi Koreya və Hindistan ən böyük alıcılardır./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar