Səudiyyə Ərəbistanı milli komandasının hər bir futbolçusuna 1,1 milyon avro mükafat veriləcək
06.09.2017 742 0.0 0

2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış Səudiyyə Ərəbistanı milli komandasının futbolçuları hərəyə 5 milyon rial (1,1 milyon avro) mükafat alacaqlar. 

Arabic.sputniknews.com-a istinadən verilən məlumata görə, ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səudun vəd etdiyi bu mükafat idman nailiyyətləri tarixində rekord olacaq.

Ərəblər ötən gün Yaponiyanı 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci pillənin sahibi kimi mundiala yüksəliblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2018-də iştirakı rəsmiləşən 8-ci ölkədir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar