Səudiyyə kralının böyük qardaşı vəfat edib
04.05.2017 640 0.0 0

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudun böyük qardaşı Mişal bin Əbdüləziz 91 yaşında vəfat edib.

 

Məlumata görə, bu barədə “Arab News” qəzeti xəbər verib.

 

Şahzadə Mişal bin Əbdüləziz 1926-cı ildə anadan olub. O, Səudiyyə Ərəbistanının birinci kralı Əbdül Əziz Əl Saudun 14-cü oğlu olub. Ötən əsrin 40-50-ci illərində Mişal bin Əbdüləziz müdafiə nazirinin müavini, müdafiə naziri vəzifələrində çalışıb. 60-cı illərdə isə Məkkənin qubernatoru olub.

 

2009-cu ildən etibarən siyasətdən uzaqlaşan Mişal bin Əbdüləziz  Məkkədə dəfn olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar