Səud kralına sui-qəsd olundu
12.10.2015 479 0.0 0

Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləzizin sui-qəsdə məruz qaldığı iddia olunub. Məlumata görə, iddianı İsrail xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “DebkaFile”adlı internet saytı yayıb. Ailədaxili dövlət çevrilişinə məruz qalan kralın qohumları tərəfindən zəhərləndiyi bildirilir. Xəbər mənbəyi kral Salman bin Abduləzizin Riyad şəhərindəki xəstəxanalardan birinin reanimasiya şöbəsində olduğunu yazır. 

Yanvarın 23-də Səudiyyə Ərəbistanının kralı Abdullahın vəfat etməsi ilə onun yerinə qardaşı Salman bin Abduləziz keçdi. Kənardan hər şeyin normal proses daxilində baş verdiyi görünsə də yeni kralın taxta çıxması ilə xanədan üzvləri arasında bitməyən söz-söhbət başladı. Salaman bin Abduləziz hakimiyyəti ələ alan kimi kral Abdullahın imzaladığı kral qərarnaməsini ləğv etdi və öz oğlu Məhəmməd bin Salmanı müdafiə naziri təyin etdi. Sabiq kralın oğlu şahzadə Matab bin Abdullaha isə heç bir vəzifə verilməməsi böhranı daha da böyütdü. 

 

Sui-qəsdə məruz qaldığı bildirilən kral Salman bin Abduləziz

 

Səud xanədanlığının üzvləri bu vəziyyətə etiraz etdilər. İddialara görə iş o yerə çatıb ki, şahzadə Matab bin Abdullah yeni kralın oğlu, Səudiyyənin müdafiə naziri Məhəmməd bin Salmanı hədələyib. Mart ayında Ərəb Liqasının qurultayında iştirak etmək üçün Misirdə olan kral Salman bin Abduləziz dövlət çevrilişi barədə söz-söhbətdən sonra tədbiri yarımçıq tərk edərək tələsik ölkəsinə qayıdıb. 

Ən son Həcc mövsümündə Məkkə şəhərində minlərlə zəvvarın ölümünə səbəb olan 2 bədbəxt hadisə isə kral Salmanın ölkə idarəçiliyindəki səriştəzisliyi məsələsini yenidən gündəmə gətirib. 

Bu il sentyabrın 11-də Məscidi Haramda kran aşmış, nəticədə 107 zəvvar dünyasını dəyişmiş, 238 nəfər isə xəsarət almışdı. 

 

Sabiq ölkə başçısı kral Abdullah bin Abduləziz

 

Daha sonra Qurban bayramının ilk günü – sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina çölündə şeytan daşlama ayini vaxtı 769 zəvvarın ölümü, minə yaxın insanın yaralanması ilə nəticələnən izdiham faciəsi baş vermişdi. 

Bundan sonra Səud ailəsinin mənsubu olan şahzadələrdən biri son günlər kral ailəsində ciddi narahatlıqlar yarandığını, bunun kralın vəzifəsindən uzaqlaşdırılmasına qədər gedə biləcəyini açıqlayıb. Məlumata görə, “The Guardian” qəzetinə açıqlama verən, təhlükəsizlik səbəbindən adının məxfi qalmasını istəyən şahzadə neftin ucuzlaşmasının, Yəmən hərəkatının, kran qəzasının və Minada izdiham facəsinin ailədə narahatlığa səbəb olduğunu demişdi. 

Ölkənin qurucusu Abduləziz bin Səudun nəvəsi olduğu bildirilən şahzadənin yaxın günlərdə kralın tutduğu vəzifədən uzaqlaşdırılması üçün ailə böyüklərinə iki məktub yazdığı qeyd edilib. Xəbər mənbəyi qeyd edir ki, şahzadə, yanvarda vəzifəyə gələn kral Salmanın yaxşı idarəçi olmadığını vurğulayıbmış. 

 

Abduləziz bin Səud, onun kral və vəliəhd olan oğulları

 

Bu ilin yanvar ayının 23-də sabiq kral Abdullah bin Abduləzizin dünyasını dəyişməsindən 5 gün sonra  bəzi mənbələrə istinadən Səud ailəsində tezliklə taxt-tac mübarizəsi başlayacağını xəbər vermişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar