Sərxoş kişi iki polis əməkdaşını döyüb
01.09.2016 613 0.0 0

Şabranda iki polis əməkdaşı xidmətdə olarkən döyülüb.

 

Məlumata görə, hadisə Şabran şəhərində qeydə alınıb. Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M. Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.

 

M. Hüseynov saxlanılıb.

 

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar