Sərrast atəş almanları qızıla çatdırdı
22.06.2015 616 0.0 0
Monika Karş və Kristian Raytz cütlüyü 10 metrdən hava tapançası ilə atəşdə birinci oldu

Bakı Atıcılıq Mərkəzində keçirilən qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş yarışlarında Almnaiyadan Mokina Karş və Kristian Raytz cütlüyü qızıl medal qazandı. Onlar  Anna Korakaki və Konstantinos Malqarinosdan ibarət yunan cütlüyünə 4-2 hesabı ilə qalib gələrək birinci oldular. 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,Yunanlar bundan əvvəl şənbə günü keçirilən kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş yarışının qalibi Raytz və qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışının bürünc medal mükafatçısı Karşdan ibarət olan cütlüklə mübarizə apamışdılar. 

Bürünc medal uğrunda görüşdə Yekaterina Korşunova və Vladimir Qontçarovdan ibarət Rusiya komanda ispaniyalı rəqbiləri - Soniya Franquet və Pablo Karreradan ibarət komandanı 5-4 hesabı ilə məğlub etdi.

 

Mənim əsas məşğul olduğum idman növü tapança ilə sürətli atəş növüdür. Yarışlarda iki medal qazanmaq olduqca yaxşı nəticədir. Bu gözəl sonluq idi.-Kristian Raytz

Karş atışı nəticəsində digər idmançılardan daha yaxşı nəticə göstərərək 10.3 xal qazanmış oldu və bu nəticə ilə qızıl medal qazanacağını biləndə sevincindən yerindən sıçradı.

"Mən öncə qazandığım bir medal ilə olduqca xoşbəxt idim. Lakin hazırda mənim iki medalım var. Sonuncunun qızıl medal olmasına görə olduqca sevincliyəm. Düşünürdüm ki, qızıl medal qazan bilərəm. Mən sonuncu atıcı idim və atışım ilə 10 xal qazanmaq istəyirdim" - deyə Karş qeyd etdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar