Sərinləşdirici içki və dondurma sahəsindəki şəxslərə xəbərdarlıq-video
08.05.2015 716 0.0 0

Yayın gəlişilə sərinləşdirici içki və dondurma satışında canlanma müşahidə olunur. Bəzi işbazlar isə bu ehtiyacdan yararlanmağa çalışaraq keyfiyyətsiz məhsulu bazara çıxarır. Müvafiq qurum isə bu cür müəssisə rəhbərlərinə xəbərdarlıq edib.

Avropa Oyunları yay fəslinə təsadüf etdiyi üçün sərinləşdirici içki və dondurmaya olan tələbat artacaq. Nəzərə alsaq ki, ölkəyə çox sayda əcnəbi qonaqlar da gələcək, buna görə hər il olduğu kimi bu məhsullarda yoxlamalara başlanacaq. Artıq Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemialogiya Mərkəzi bu istiqamətdə işlərə başlayıb.

“Havalar istiləşdikcə dondurma istehsalı, eləcə də pivə və alkoqolsuz kimi içkilərin istehsalı çoxalıb. Çünki insanların bu məhsullara olan tələbatı artıb. Ona görə də qurum bu cür müəssisələrdə qanunvericiliyin tələbinə uyğun olaraq planlaşdırılmış şəkildə yoxlamalar keçirəcək”, - deyə Respublika Gigiyena və Epidemialogiya Mərkəzi qidalanma şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Mərkəzin şöbə müdiri İmran Abdullayev dondurma istehsalı ilə məşğul olan müəssisələrə xəbərdarlıq da etdi. Bildirdi ki, hazırda bu məhsullara tələbat artdığından istehsalçıların sayı da durmadan artır. Bu isə bazarda yararsız, orqanizmə zərərli məhsulların da satışa çıxarılmasına səbəb olur. Ona görə də istehsalçılar qanunvericiliyin tələbinə uyğun istehsal prosesini həyata keçirməlidirlər.

“Xüsusilə Bakı şəhərində dondurma istehsalı məşğul olan müəssisələr müasir standartlara cavab verən avadanlıqlarla təmin olunublar. Hazırda regionlarda, Bakının özündə belə bir neçə kiçik əl üsulu ilə işləyən müəssisələr də var ki, artıq müəyyən nöqsanlar onların nəzərinə çatdırılıb. Mövcud nöqsanlar aradan qaldırılmazsa, o zaman onlar barəsində lazımi tədbirlər görülə bilər”, – deyə İmran Abdullayev qeyd edib.

Odur ki, bu sahənin iş adamları işlərini ehtiyatlı tutmalıdırlar. Əks halda ya sahibi olduğu müəsissələri bağlanacaq, ya da ki, küllü miqdarda cərimələnəcəklər./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar