
Kürdümər rayonunda səmada peyda olan ağ işıq görənlərin təəccübünə səbəb olub.
Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, videoda getdikcə böyüyən ağ işığın həm də hərəkət etdiyi məlum olub.
Daha sonra isə görüntülərdəki ağ naməlum obyekt qəfil yoxa çıxıb. Görüntülər bu səhər saat 07 :30 radələrində Kürdəmir rayonunda lentə alınıb.
Naməlum obyektdən təəccüblənən Kürdəmir sakini hadisəni gördüyü vaxtdan etibarən anbaan lentə alıb. Bildirək ki, daha bir bənzər görüntü Bakı şəhərinin Qaradag rayonunda qeydə alınıb.
Paytaxt sakini Firdovsi Nofəlov da Qaradağ rayonu ərazisində bənzər naməlum obyektin görüntüsünü çəkib. O, görüntülərdəki naməlum obyekti səhər saatlarında Qaradağ rayonunda çəkdiyini deyir.
Çəkdiyi fotonu yaxınlarına göstərəndə isə hər kəs təəccüblənib. Lakin heç kim fotoda nə olduğunu müəyyənləşdirə bilməyib.
Maraqlısı budur ki, görüntülər iki fərqli məkanda lentə alınıb. Hadisə şahidləri də bu obyekti eyni vaxtda görüblər.
Şamaxı Astrofizika Rəsədxanasından isə bildiriblər ki, görüntülərin yad planetlilər olması ehtimalı yoxdur. Videodakı ağ işıq hər hansı ölkənin fəzaya buraxdığı peyk də ola bilər.