Şəkidə 22 yaşlı qadın itkin düşüb
02.11.2017 793 0.0 0

Şəkidə qadın itkin düşüb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumata görə, noyabrın 1-də Şəki şəhər sakini Amənti Əlimərdanova Şəki şəhər-rayon Polis Şöbəsinə gəlini, 1995-ci il təvəllüdlü Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib.

 

O, ərizəsində gəlininin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

 

Günəş Əlimərdanova Şəki rayonunun Öryət kənd sakinidir. Onu görənlərdən Şəki PŞ-nə ( tel 02424-4-25-50) müraciət etmələri xahiş olunur./apa/


Digər xəbərlər:
Şərhlər
avatar