Səhnə çökdü, müğənnilər yoxa çıxdı-VİDEO
12.05.2015 658 0.0 0

Çinin Quyçjuo əyalətinin Bici şəhərində qəribə bir hadisə baş verib. 

Məlumata görə, şəhər teatrında 80 nəfərlik xor üzvləri məşq edərkən səhnə ağırlığa tab gətirməyərək çöküb.

Səhnənin bir anda çökməsi ilə 80 nəfər yoxa çıxır və drijor şoka düşür. 

Yıxılan xor üzvlərindən 8 nəfərin xəsarət aldığı, xəstəxanaya çatdırılan yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Həmin görüntüləri əks etdirən video-çarxı  oxuculara təqdim edirik: /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar