Səhiyyə təşkilatından pis xəbər
02.06.2015 735 0.0 0

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) 25 maydan bu yana Qərbi Afrikada Ebola virusu ucbatından 13 nəfərin öldüyünü qeydə alıb.

 "Tass" agentliyinə istinadən verilən məlumata görə, daha 133 nəfər bu ölümcül xəstəliyə yoluxub.

Bu rəqəmlər Cenevrədə yayılan statistik hesablamada öz əksini tapıb. 

Qeyd edək ki, epidemiyanın Qvineya, Liberiya və Syerra-Leonda yayılmasından bu yana ümumilikdə 11 145 nəfər həyatını itirib, 27 135 nəfər isə bu virusun daşıyıcısıdır. 

Liberiyada 10 666 Ebola virusuna yoluxanlardan 4 806 nəfər həyatını itirib. 9 maydan etibarən bu ölkə Ebola virusundan azad olsa da, Syerra-Leon və Qvineya hələ də Ebolanın yayılması ilə mübarizədədir. Bu müddət ərzində Syerra-Leonda 12 816 yoluxma, 3 911 ölüm hadisəsi qeydə alınıb. Bunların arasında ən az itki verən ölkə isə hələ ki, Qvineyadır. Burada 3 653 yoluxma və 2 428 ölüm hadisəsi qeydə alınıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar