Səhiyyə Nazirliyi aptek və həkimləri cəzalandırdı
06.08.2015 575 0.0 0

Məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir.

Qazeta.info Səhiyyə Nazirliyinin məlumatına əsasən bildirir ki, nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilmişdir. O cümlədən, aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilmiş, cərimələr tətbiq olunmuşdur.
Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülmüşdür.
Xatırladaq ki,
Səhiyyə Nazirliyi yaydığı məlumatda bu addımları  ölkə başçısının göstərişi ilə dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin bir hissəsi olduğunu elan edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar