Şəhidin layiq gördüyü medal anasına təqdim olunub
29.03.2016 505 0.0 0

Müdafiə nazirinin şəhid  Qafarəli Hacıyevi hərbi xidmətdə fərqlənməyə görə layiq gördüyü 3-cü dərəcəli medal şəhidin anasına təqdim olunub.
 
Məlumata görə, mərasim Yevlax rayon Qaraoğlan kəndində, şəhidin doğulduğu ünvanda təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Rayon İcra hakimiyyətinin əməkdaşları, kənd sakinləri və Q. Hacıyevin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak edib. MN-in tərbiyə işləri idarəsinin rəisi, polkovnik Abdulla Qurbani hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı şəhidin anası Rüxsarə Hacıyevaya təqdim edib.
 
Qeyd edək ki, Qafarəli Hacıyev martın 27-də erməni təxribat qrupunun Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazilərinə soxulmağa cəhdinin qarşısını alarkən şəhid olub. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar