Səhər süfrənizdə bu qidalar olmasın
28.03.2016 731 0.0 0

Səhər yeməyi həm günə başlamaq üçün lazım olan gündəlik enerji ehtiyacımızı qarşılamalı, həm də günün sonunda bədənin yenidən bərpa olunması və güclənməsi üçün lazımlı olan vəsaitləri özündə ehtiva etməli, eləcə də rəngarəng olmalıdır. Bu səbəbdən də səhər yeməyi təxirə salınmamalıdır. Lakin səhər yeməyində yeyilənlər qədər yeyilməsi qadağan olan qidalara da diqqət etmək lazımdır. Səhər yeməyinin faydaları, yeyilməsi vacib olan və olmayan qidalar haqqında məsləhətləri təqdim edirik.

 

 

Yulaf kəpəyi yeməyin

 

Səhər yeməyində yulaf və kəpək tərkibli qidaların yeyilməsi məsləhət deyil. Bu, “uzun müddət özümü tox hiss edərəm” məntiqiylə edilən çox böyük bir səhvdir. Səhər yeməyində əsas məqsəd bədənimizin axşam ehtiyac duyduğu bərpaedici vəsaitləri ona yenidən qazandırmaq və günə enerjili başlamaqdır. Bu səbəbdən səhər yeməyində qidalanmaya əhəmiyyət verilməlidir. Uzun müddət özünü tox hiss etmək deyil, kifayət qədər qidalanmaq vacibdir.

 

Ümumiyyətlə, həzm sistemi tənbəlliyə meylli olaraq işləyir. Ona görə də yeməklərin içərisində asan həzm olunanlara üstünlük vermək lazımdır. Qida dəyəri yüksək, lakin gec həzm edilən yeməklərə qarşı həzm sistemi müqavimət göstərmir. Buna görə də xüsusilə, işlənmiş qidalardan qəbul etdiyimiz və suda əriyir deyə un məmulatları, şəkər tərkibli yeməklərdən uzaq durmalıyıq. Həzm sistemimiz möhkəmlənənə qədər səhərlər bu cür yeməklərdən imtina etməliyik.

 

 

Səhər yeməyində yeyilməsi lazım olan yeməklər bunlardır:

 

1 dilimdən çox çörək, cem, hətta pəhriz cemi də ola bilər (pəhriz cemi bədəni aldatmaqdır), bal, hər cür unlu qida (əgər 1 dilim çörək yeməyəcəksinizsə, onun yerinə həmin şəkərsiz unlu qida), südlə yeyilə bilən qidalar (çox asan həzm edilir və enerjilidir).

 

Kəpək və yulaflı qarışıqları yalnız çox qəbizlik şikayəti olanlar səhərlər 1 qaşıq yeyə bilərlər. Lakin qətiliklə bu miqdarı artırmağa çalışmayın, yoxsa kifayət qədər qidalana bilməyəcəksiniz. İçi bol ədviyyatlı qidalar və ya qoğaldan da uzaq durmaq lazımdır./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar