Səfirlik: Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah satmır
02.02.2016 448 0.0 0

Fransanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibətini açıqlayıb.
 
Səfirlikdən verilən məlumatda bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah ixrac etmir.
 
“Fransa tərəflərdən heç birinə silah ixrac etmir. Eyni zamanda üçüncü ölkələrə göndərilən silahların silah embarqosuna uyğun olaraq yenidən ixrac olunmayacağını təsdiq etmək üçün son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb edir”, - deyə səfirlikdən bildirilib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare.338 LM” snayper tüfənglərdən istifadə etməsini əks etdirən foto və məlumatlar yer alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar