Əsəd Suriyadakı müharibəni SSRİ-nin faşizmə qarşı mübarizəsi ilə müqayisə edib
12.05.2017 578 0.0 0

Suriya prezidenti Bəşər Əsəd ölkə xalqının terrorçularla müharibəsini Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində faşizmə qarşı mübarizəsi ilə müqayisə edib.

Məlumata görə, bunu o, Qələbə günü Belarus televiziyasına müsahibəsində bildirib. Veriliş cümə axşamı efirə gedib.

"Sizin xalqınızın o zaman apardığı müharibə bizim xalqın bu gün apardığı müharibə ilə eynidir. Fərq yalnız onların adlarında və müxtəlif vasitələrdədir, lakin məzmun eynidir", - deyə Əsəd bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar