Əsəd Suriyadakı bütün qüvvələrə çağırış etdi
15.09.2015 532 0.0 0

Suriya prezidenti Bəşər Əsəd Suriyadakı bütün qüvvələri terrorla mübarizə üçün birləşməyə çağırıb.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu o Dəməşqdə Rusiya jurnalistlərinə verdiyi müsahibədə bildirib.
 
“Mən ölkədəki bütün qüvvələrə müraciət edərək, terrorla mübarizə üçün birləşməyə çağırıram. Çünki bu dialoq və siyasi proses vasitəsilə suriyalıların qarşılarına qoyduqları  siyasi məqsədlərə nail olmaq üçün mühüm yoldur”, deyə o bildirib.  
 
“Əgər biz bu gün hər-hansı suriyalıdan nə istədiyini soruşsaq, o, birinci növbədə, hamı və hər bir kəs üçün təhlükəsizlik və sabitlik arzuladığını bildirəcək. Beləliklə, biz, istər hökumət daxilindəki siyasi qüvvələr, istərsə də hakimiyyətdən kənardakı qüvvələr, Suriya xalqının tələbləri ətrafında birləşməliyik”, deyə Bəşər Əsəd əlavə edib.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar