Əsəd atəşkəsə qoşulduğunu bəyan edib
23.02.2016 611 0.0 0

Suriyadak rejimin başçısı Bəşşar Əsəd atəşkəs haqda anlaşmanı qəbul edib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Bəşşar Əsəd özü bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya Suriyada atəşkəs rejiminin fevralın 27-də başlaması haqda razılığa gəlib. Silahlı münaqişədə iştirak edən tərəflər fevralın 26-sı günorta saatlarınadək atəşkəs rejiminə qoşulacaqlarını bildirməlidir. İŞİD və Ən-Nusra silahlı qruplaşmalarından başqa bütün tərəflərdən bu rejimə qoşulmaları haqda cavab gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar