Əsəd: `Astanada bütün mövzuların müzakirəsinə hazıram`
09.01.2017 650 0.0 0

Suriya prezidenti Bəşər Əsəd yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı sülh danışıqlarında bütün mövzuları müzakirə etməyə hazır olduğunu bəyan edib.
 
“Milliyet”ə istinadən verilən məlumata görə, Dəməşqdə fransalı jurnalistlərə müsahibə verən B. Əsəd deyib ki, qarşıdurmanın başa çatdırılması, yaxud Suriyanın gələcəyindən söhbət gedirsə, hər mövzu müzakirə edilə bilər. O, prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin də mümkün olduğunu, ancaq prezidentin hansı yollarla dəyişməsinin mümkün olduğunun Suriya Konstitusiyasında əksini tapdığını vurğulayıb.
 
Qeyd edək ki, Rusiya və Türkiyənin zaminliyi ilə imzalanan atəşkəsdən sonra Astanada keçiriləcək sülh danışıqları bu istiqamətdə ikinci addım sayılır. Atəşkəs dekabrın 30-da qüvvəyə minib, bəzi pozuntu halları olsa da, silahlar hazırda əsasən susub. İndiyə qədər ən böyük döyüşlər Dəməşqin su mənbəyi olan Barada vadisində baş verib. B. Əsəd son müsahibəsində müxaliflərin paytaxtın ən önəmli su qaynağını işğal etdiyini bildirib və ordunun həmin vadini geri alacağını vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar