Rüşvət alarkən videosu yayılan polislər tapıldı - Yoxlama başladı
05.07.2019 587 0.0 0

Yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər artıq müəyyən edilib.

Qazeta.info bildirir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır:

“Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar