Rüşvət alan polis həbs olundu
23.04.2016 1023 0.0 0


Rusiyada polis Azərbaycan vətəndaşından pul aldığı üçün saxlanılıb. Məlumata görə, hadisə Çelyabinsk vilayətində olub. 

Miqrasiya qanunvericiliyini pozmuş azərbaycanlı Troiçkom rayonunun sahə müvəkkilinə 15oo (35 AZN) rubl məbləğində mükafat verib. Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, elə həmin vaxt pulu götürən polis digər əməkdaşlar tərəfindən həbs olunub. 

Müəyyən edilib ki, "Rusiya Federasiyasında olan xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qayda pozuntuları" üzrə Azərbaycan vətəndaşı əslində cinayət məcəlləsinin 18.9 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı idi. O isə polisə 1500 rubl verərək bundan azad olmaq istəyib. Amma Rusiyanın DİN-nin əməkdaşları hadisədən xəbər tutaraq rüşvət alan polisi həbs edib və istintaq orqanlarına təhvil verilib.

Cinayət məcəlləsinin 290-cı maddəsi üzrə (rüşvət alma) cinayət işi açılıb. Saxlanılmış polis əməkdaşı daxili işlər orqanları xidmətindən azad ediləcək və  mövcud qanunvericiliyə uyğun olaraq cəzasını alacaq.


Buna bənzər hadisə ötən ilin oktyabr ayında da baş verib. Belə ki, Rusiyanın Krasnoyarsk əyalətinin yaxınlığında yerləşən Dudinka şəhərində Azərbaycan vətəndaşını ölkənin nəqliyyat polisinin əməkdaşları saxlayıb. 
"Onun ölkədən deportasiyası üçün qərar qəbul edilib. Ancaq həmin şəxs polisə 200 dollar rüşvət verməklə ölkə ərazisində qalmaq istəyib. Polis onun bu qanunsuz əməlinin qarşısını alıb”.

Azərbaycanlı məhkəmənin qərarı ilə 383 min 39 rubl (6200 manat) məbləğində cərimə edilib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar