Ruslan Abışov başqa kluba transfer olunub
12.01.2017 901 0.0 0

“İnter” yarımmüdafiəçi Ruslan Abışovla yollarını ayırıb. Bu barədə məlumatı apasport.az saytına klubun prezidenti Azər Əliyev verib.

 

O bildirib ki, Abışov mövsümün ikinci yarısından etibarən “Neftçi”nin formasını geyinəcək: “Klublar arasında danışıq baş tutub və bu transfer artıq gerçəkləşib. Futbolçu özü də “Neftçi”yə keçməyə razılıq verib”.

 

“İnter”in rəhbəri milli komandamızın üzvünün mövsümün sonuna qədər müqavilə müddəti olduğundan, “Neftçi”nin bu keçid müqabilində onlara kompensasiya ödəyəcəyini də əlavə edib.

 

Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar