Rusiyanın Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub
10.03.2022 231 0.0 0

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Bildirək ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar