Rusiyanın Sudandakı səfirinin ölümünün ilkin səbəbi məlum olub - YENİLƏNİB
24.08.2017 678 0.0 0

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskinin ölümünün ilkin səbəbi məlum olub.

 

Məlumata görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

 

Məlumata görə, 63 yaşlı M.Şirinskiy yüksək qan təzyiqindən əziyyət çəkirmiş. Onun meyiti Xartum şəhərində iqamətgahındakı hovuzda aşkarlanıb.

 

Qeyd edək ki, M.Şirinskiy son il ərzində dünyasını dəyişən sayca 9-cu Rusiya diplomatıdır.  

 

***

*****

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib.

 

Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

 

63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar