Rusiyanın kosmik yük gəmisi qəzaya uğrayıb - VİDEO
02.12.2016 726 0.0 0

Rusiyanın "Proqress MC" kosmik yük gəmisi qəzaya uğrayıb.

"RİA "Novosti"yə istinadən xəbər verilir ki, orbitə buraxılmış gəminin qalıqlarının Tuva Respublikası ərazisinə düşdüyü ehtimal edilir.

Qalıqların bu əraziyə düşməsinə dair məlumat hadisə şahidlərindən əldə olunub. Hazırda o, dəqiqləşdirilir.

Yeni seriyalı "Proqress MC-04" yük maşınlı "Soyuz-U" raket daşıyıcısı Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiya (BKS) istiqamətində cümə axşamı Bakı vaxtı ilə 17:52-də yola düşüb.

Gəmi BKS-ə təqribən 2,5 ton yük aparmalı idi./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar