Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində aşkarlandı
16.03.2017 579 0.0 0

Rusiyanın Hərbi Dəniz Donanmasının “Viktor Leonov” kəşfiyyat gəmisi ABŞ-ın şərq sahilində görünüb.


Məlumata görə, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığındakı mənbələrə istinadən “Fox News” telekanalı bildirib.
Hərbiçilərin məlumatına görə, gəmi Corciya ştatında Kinqs-Bey sualtı gəmilərin bazasından 37 kilometr cənubi-şərqə qeydə alınıb. Telekanalın mənbələri vurğulayıb ki, Rusiya gəmisi sahildən 22,2 kilometrdə başlanan ABŞ-ın ərazi sularına daxil olmayıb.
“Viktor Leonov” ötən ayın ortalarında da Konnektikut ştatında sualtı gəmilərin bazasının yaxınlığında qeydə alınıb. Qeyd edilir ki, gəmi keçən həftə havana limanında dayandıqdan sonra ABŞ-ın şərq sahilinə qayıdıb. Gəmi burada su, yemək və yanacaq ehtiyatları ilə təmin edilib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar