Rusiyanın hərbi təyyarə partladı (VİDEO, FOTO)
04.06.2015 706 0.0 0

Rusiyanın Həştərxan vilayətində Silahlı Qüvvələrin MiQ-29 təlim təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, qəzaya uğrayan təyarə partlayandan sonra yanıb. Rusiya Müdafiə Nazirliyi tamamilə dağılmış təyyarənin bərpasının mümkün olmadığını açıqlayıb.

"Təyyarə partladı, yandı və məhv oldu”, - deyə Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Daha əvvəl Müdafiə Nazirliyi açıqlama verib ki, MiQ-29 qırıcısı Həştərxanda "Aşuluk" poliqonu sahəsində təlim-tədris uçuşları həyata keçirən zaman texniki səbəbdən qəzaya uğrayıb. Hər iki pilot vaxtında qırıcıdan tullanaraq həyatlarını xilas edə biliblər. Onlar sadəcə yüngül xəsarət alıblar./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar