Rusiyalı qadın azərbaycanlı biznesmen əri ilə birlikdə İŞİD-ə qoşulub
23.12.2015 596 0.0 0

Moskva sakini Artur Mkrtumyan 28 yaşlı qızı Mariya Samoylovanın azərbaycanlı həyat yoldaşı ilə birlikdə İŞİD sıralarına qoşulmaq üçün ölkədən qaçdığı barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
 “LifeNews”a istinadən verilən məlumata görə, 51 yaşlı A. Mkrtumyan qızının vətəndaş nikahında yaşadığı azərbaycanlı biznesmenlə birlikdə Bakıya köçməsindən şübhələnib. Cütlük oktyabrda Moskvanı tərk edib, həmin vaxtdan qız ailəsi ilə əlaqə saxlamayıb.
 
M. Samoylovanın anası isə qızının İŞİD-ə qoşulmadığını iddia edir. Polis əməkdaşlarının artıq ilkin istintaqa başladığı bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar