Rusiyalı milyarder Qerman Sterliqov hava limanında saxlanılıb
31.08.2015 589 0.0 0
Rusiyalı iş adamı Qerman Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.

 

Məlumata görə, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.

 

“Qerman Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.

 

Onun sözlərinə görə, çox güman ki, Q.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.

 

Xatırladaq ki, Qerman Sterliqova qarşı Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar