Rusiyalı agentindən ŞOK İDDİA: «Rusiya təyyarəsini İŞİD partlatmadı»
27.12.2015 766 0.0 0

SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agenti Misirin Sinay yarımadasında qəzaya uğrayan rus təyyarəsi ilə əlaqədar yeni bir iddianı səsləndirib.

 

“Daily Mail” nəşrinə istinadən verilən xəbərə görə, İngiltərədə yaşayan Boris Karpiçkov qəzanın arxasında hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD-in deyil, Moskvanın olduğunu bildirib.

 

DTK agentinin sözlərinə görə, Rusiya bununla da Ukraynaya müdaxilədən sonra həm simpatiya, həm də İŞİD-ə qarşı “döyüş”də dəstək qazanmaq məqsədi güdüb.

 

Karpiçkov iddia edir ki, təyyarənin partladılması planını Rusiya silahlı qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsi hazırlayıb: “Rusiya bununla da bir daşla iki quşu vurmaq istəyib: İŞİD-i ittiham edərək Rusiyanın bölgədəki hərbi əməliyyatlarına və Yaxın Şərqlə silah ticarətinə destək qazanmaq”.

 

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

 

Qəzaya görə, məsuliyyəti İŞİD-in Sinay yarımadasındakı qolu üzərinə götürüb. Rusiya da qəzanın səbəbinin terror aktı oluğunu təsdiqləyib./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar