Rusiyadan Qarabağ açıqlaması
27.08.2015 1443 0.0 0

Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməməlidir..

Məlumata görə, bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, - deyə Zaxarova bildirib.

XİN rəsmisi onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfindən heç bir problem ola bilməz: "Biz bu formatın iştirakçılarıyıq və öz öhdəliklərimizə məsuliyyətlə yanaşırıq. Biz başa düşürük ki, bu qrupun gündəmində ciddi məsələ var”.

 


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

 

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Uorlik APA-ya bidirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri payızda bölgəyə səfər etməyi planlaşdırırlar. Onun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi məlum deyil.

“Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var”, - deyə səfir qeyd edib.

 


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar