Rusiyadan qalxan təyyarələr Suriyada İŞİD mövqelərini bombalayıb
23.01.2017 972 0.0 0

Rusiya strateji aviasiyası İŞİD-in Suriyadakı mövqelərini bombalayıb.
 
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 23-də Rusiyaya məxsus 6 ədəd “Tu-22 M3” təyyarəsi İran və İraq üzərindən uçaraq Suriyanın Deyr-əz-Zor yaşayış məntəqəsində yerləşən İŞİD-in silah-sursat anbarına zərbə endirib. Zərbələr nəticəsində bütün hədəflər məhv edilib. 

Nazirlik bombardmançı təyyarələrin Rusiyadakı aerodromdan, onları müşayiət edən qırıcı “Su-30 sm” və “Su-35 s” təyyarələrinin isə Hmeymim aviabazasından havaya qalxdığını açıqlayıb. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar