Rusiyadan İLGİNC İDDİA: atılan raketlərin 36-sı yoxa çıxıb
07.04.2017 1470 0.0 0

Rusiya ötən gecə ABŞ-ın Suriya aviabazasına atdığı raketlərin çoxunun hədəfə dəymədiyini iddia edib.
 
Qazeta.info
Lent.az-a istinadən məlumatına görə, Rusiya tərəfi bildirib ki, ABŞ-ın Suriya ərazisinə atdığı 59 raketdən cəmi 23-ü hədəfə dəyib. Digər 36 raketin isə hansı istiqamətə getdiyinin hələ məlum olmadığını qeyd edilib.
 
Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov  deyib ki, Suriyanın Humus şəhərində olan aviabazanın vurulması ilə bağlı ABŞ-dan açıqlama tələb edəcəklər. Rusiya XİN-in rəhbəri Suriyada ABŞ tərəfindən keçirilən əməliyyatlar zamanı ölən və yaralanan rus vətəndaşı olmadığını da bildirib.
 
Lavrov ABŞ-ın apardığı əməliyyatların iki ölkə arasında olan münasibətlərin pozmayacağına ümid etdiyini deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar