Rusiyadan Ermənistanı məyus edən Azərbaycan açıqlaması
12.05.2016 1169 0.0 0

Ermənistan Azərbaycana silah satışının məhdudlaşdırılması ilə bağlı dəfələrlə çağırış etsə də Rusiya silah satışının davam etdiriləcəyini bəyan edib.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Azərbaycana silah satmasında hər hansı nüanslar axtarmağa ehtiyac yoxdur.


Onun sözlərinə görə, Rusiya beynəlxalq hüquqi əsaslarla digər ölkələrlə hərbi-texniki əməkdaşlığını davam etdirir.

“Rusiya tərəfinin verdiyi açıqlamalarda ikili ya üçlü məna axtarmaq lazım deyil. Biz başa düşürük ki, Dağlıq Qarabağda vəziyyət necə mürəkkəbdir. Bilirik ki, əslində hansı metodlar vəziyyəti sabitləşdirəcək. Bu metodlara ilk növbədə siyasi-diplomatik tənzimlənmə aiddir”, - Zaxarova deyib.

4 günlük müharibədən sonra Ermənistan dəfələrlə çğırış edib ki, Rusiya Azərbaycana silah satışında məhdudiyyətlər qoysun.

Konkret olaraq cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra Ermənistan rəhbərliyi Rusiyanı Azərbaycana silah satmaqda günahlandırıb. Rəsmi İrəvan hesab edir ki, Bakı Moskvadan aldığı silahları İrəvana qarşı istifadə edir.

Rusiya baş nazirinin müavini Dmitri Roqozin İrəvanın ittihamlarının cavabını verib. O bildirib ki, Rusiya Azərbaycan və Ermənistana silahı maraqları balanslaşdıraraq satır.

 

 

Roqozin açıq şəkildə bəyan etmişdi ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq.

“Biz tərəflərə silah satışını həyata keçirəndə çox dəqiq bilirik ki, müəyyən balans var və məhz bu balans münaqişənin ciddi müharibəyə çevrilməsinin qarşısını alan faktordur. Biz bölgədən gedən kimi, Azərbaycan və Ermənistan ilə hərbi-texniki əməkdaşlığı dayandıran zaman ərazidə siyasətdə daha böyük qüvvələr peyda olacaq və onlar əsl real müharibə yaradacaqlar", - rusiyalı rəsmi deyib.

Cəbhə bölgəsindəki döyüş əməliyyatlarından sonra Bakıya səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev də ölkəsinə qayıdandan sonra silah satışı məsələsinə aydınlıq gətirib.

Rus nazir jurnalistin "Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?" sualına belə cavab verib: "Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə malikdir. Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik münasibətlər bağlayır. Burada hər şey aydındır. Siyasi və hərbi məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır".

 

 

Ermənistan rəhbərliyi  Rusiyanın Azərbaycana silah satmasına etiraz etsə də özləri rahatlıqla Moskvadan aldıqları silahları Bakıya qarşı istifadə edə biləcəklərini düşünürlər. Ermənistan hökuməti Rusiyadan silah alışı prosesini sürətləndirmək üçün bu ölkə ilə hərbi kredit sazişinin həyata keçirilməsini təsdiqləyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar