Rusiyadan Ermənistana atom köməyi
30.05.2016 670 0.0 0


"Rosatom" Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından əldə olunan yanacağın emalı ilə məşğul olmağa hazırdır.

Məlumatına görə, bu sözləri Rusiyanın "Rosatom" şirkətinin Radioaktiv tullantılar, nüvə yanacağı emalı, nüvə və təhlükəli radiasiya müəssisələrinin istismarı üzrə direktoru Oleq Kryukov jurnalistlərə açıqlamasında deyib.

"Rosatom" Ermənistandan nüvə yanacağı  almağa hazırdır. İşlənmiş nüvə yanacağı və təhlükəli maddələrin, radioaktiv tullantıların istismardan çıxarılması Rusiyanın dövlət siyasətidir. Ermənistanda yanacağı yenidən emal etmək mümkündür", - deyə Kryukov bildirib.


O deyib ki, danışıqlar aparılır, amma hələ konkret nəticələr yoxdur. “Hazırda emal olunacaq yanacaq Ermənistandadır".

Rusiyanın yanacağını emal etmək istədiyi Ermənistanın Metsamor Atom Elektrik Stansiyası qəzalı vəziyyətdədir. Onun region üçün təhlükəsi, demək olar ki, bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib.  Stansiyanın son istismar müddəti bu il bitir. Amma  Avropa İttifaqı stansiyanın təcili şəkildə bağlanmasını tələb edir.  

Ermənistan tərəfinin bu bəyanatlarından sonra Avropa İttifaqı (Aİ) bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracağını deyib. “Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz”, - deyə Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin rəsmi nümayəndəsi Mayya Kosyanoviç deyib. Azərbaycan tərəfi də dəfələrlə Metsamor Atom Elektrik Stansiyasının region üçün təhlükəli olduğu barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. 

Metsamor Ermənistanın paytaxtı İrəvandan 35-40 km uzaqda yerləşir. Hazırda yalnız stansiyanın ikinci bloku işləyir. Onun gücü 407,5 mvt təşkil edir. 

 

Oleq Kryukov - Rusiyanın "Rosatom" dövlət korporasiyasının direktoru


Aprel hadisələrindən sonra Ermənistan Azərbaycanı bir neçə dəfə atom silahı ilə hədələyib. Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahına sahib olduğunu deyib.

Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür. Baqratyan bu barədə nə isə əlavə izahat vermək niyyətində olmadığını bildirib: "Bizim atom silahı əldə etmək imkanımız var. Atom silahımız var". 

Baqratyanın çıxışından əvvəl də İrəvan Azərbaycanı “çirkli bomba” ilə hədələyib. Daha sonra "Daşnaksütyun" partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan demişdi ki,  Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlama verməyə əsası var.

 

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası


"Qrant Baqratyan danışdığını bilir. Sabiq baş nazirin belə bəyanat verməsinə əsas var. Biz, həqiqətən, atom energetikasını inkişaf etdirən ölkəyik. Amma başqa heç nə deyə bilməyəcəm. Bu, hərbi sirdir”, - deyə Armen Rüstəmyan bildirib.


O, Ermənistanda radioaktiv silah istehsal ediləcəyini də bildirib. “Kim deyib ki, bu, bizdə qadağandır? Kim deyib ki, biz silah istehsal etmirik?” - deyə Rüstəmyan bildirib. 

Bütün bu iddialardan sonra nüvə texnologiyasına və müdafiə sahəsinə heç bir aidiyyəti olmayan bir Ermənistan rəsmisi, Təhsil və Elm Nazirliyinin elm üzrə dövlət komitəsinin sədri Samvel Arutyunyan  ölkəsinin hərbi sənayesinin olduğunu, amma atom silahlarına sahib olmadıqlarını dedi. 

Onun sözlərinə görə, deputat Q.Baqratyanın Ermənistanın atom silahı olması barədə fikirləri doğru deyil: "Bizim ölkəmizdə heç bir atom silahı yoxdur və Ermənistan onu əldə etməyə də hazırlaşmır".

Armen Rüstəmyan - "Daşnaksütyun" partiyasının parlament fraksiyasının rəhbəri Qrant Baqratyan - Ermənistan parlamentinin millət vəkili./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar