Rusiyadan ermənilərə endirim
29.04.2015 633 0.0 0
Rusiya Federasiyası hökuməti Ermənistana verdiyi təbii qazın qiymətini aşağı salıb.

 

Xəbərə görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller “Rossiya 24” telekanalının efirində deyib. Ermənistana satılan təbii qazın qiyməti 190 dollardan 165 dollara endirilib.  

 

“Ermənistan Respublikası üçün qazın qiyməti bu ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması nəzərə alınaraq, min kubmetr üçün 165 dollar olacaq. Bu qiymət bizə qaz-nəqliyyat sisteminin rekonstruksiyasına və müasirləşdirilməsinə sərmayə yatırmağa imkan verəcək”, - deyə A. Miller söyləyib. O bildirib ki, erməni tərəfi ilə qazlaşdırma və təchizata dair baş sxemin işlənib hazırlanması barədə razılıq əldə edilib və yeni sxem payıza qədər hazır olacaq: “Biz Ermənistanın qazlaşdırılmasını 100 faizə çatdırmağı qarşımıza məqsəd qoymuşuq”.     

Qeyd edək ki, “Qazprom Armeniya” Ermənistan bazarında təbii qazın təchizatı və paylanması sahəsində inhisarçıdır.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar