Rusiyada yaşayan azərbaycanlı din xadimi Heydər Camal vəfat edib
05.12.2016 798 0.0 0

 Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı olan din xadimi və ilahiyyatçı filosof Heydər Camal vəfat edib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu barədə onun "Facebook"dakı rəsmi səhifəsində məlumat yayılıb.

H.Camal 70 yaşında vəfat edib. 

Qeyd edək ki, Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada anadan olub. 1965-ci ildə MDU yanında Şərq Dilləri İnstitutuna daxil olub, lakin qısa müddət sonra oradan xaric edilib. 1995-ci ildə "İslam Komitəsi Regionlararası" ictimai təşkilatını yaradıb və ona rəhbərlik edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar