Rusiyada qəzaya uğrayan təyyarənin vertolyotla toqquşduğu bildirilir
11.02.2018 820 0.0 0

Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edilib.

Qazeta.info “Report”-a istinadla  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Lenta.ru" məlumat yayıb.

Nəşrin daha bir mənbəsi isə "An-148" təyyarəsinin çox güman ki, havaya qalxarkən vertolyotla toqquşduğunu qeyd edib.

Hadisə yerində 50 cəsədin tapıldığı bildirilir.

"İnterfax"ın mənbəsinin məlumatına görə isə təyyarə "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşub.

Öz növbəsində "Rusiya Poçtu" idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.

"Məlumat həqiqətə uyğun deyil. "Rusiya Poçtu" bu informasiyanı təkzib edir. "Rusiya Poçtu" iki ədəd "Tu-204" vertolyotundan istifadə edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Hadisə şahidləri təyyarənin səmada yandığını bildirirlər. Söhbət hava gəmisində hər hansı bir partlayışın baş verə bilməsindən gedir.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 ədəd texnikası cəlb olunub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyev və nəqliyyat naziri Maksim Sokolov əraziyə yollanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar