Rusiyada prezidentin səlahiyyətli nümayəndəsi olmuş şəxs saxlanılıb
30.01.2017 685 0.0 0

Rusiya prezidentinin Saxalin vilayəti üzrə səlahiyyətli nümayəndəsi olmuş Vitali Quliy ekstremizmdə şübhəli bilinərək saxlanılıb.

 

“Lenta.ru” saytına istinadən verilən xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskva-Kişinyov təyyarəsindən düşürüblər.

Vəkil Daqir Həsənovun sözlərinə görə, sabiq məmurun saxlanılmasına səbəb onun müəllifi olduğu kitab olub. O qeyd edib ki, cinayət işi nifrət və düşmənçilik hisslərinin aşılanması maddəsi ilə açılıb.

 

Qeyd edək ki, V. Quliy 1991-1993-cü illərdə Boris Yeltsinin Saxalin vilayəti üzrə səlahiyyətli nümayəndəsi olub. Sonra prezident administrasiyasında şöbə müdiri, bölgələrdə prezidentin səlahiyyətli nümayəndələrinin fəaliyyətinin koordinasiyası üzrə idarə rəisinin müavini vəzifələrində çalışıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar