Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanılıb
14.03.2018 742 0.0 0

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkədən İŞİD tərəfdarlarının Suriyaya və İraqa göndərilməsinin qarşısını alıb.

Bildirək ki, bu barədə TASS Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi ilə birlikdə keçirilən əməliyyat nəticəsində Moskva şəhəri və Moskva vilayəti ərazisində etnik cinayətkar qrupun qeyri-qanuni fəaliyyətinə son qoyulub. Qrup döyüşlərdə iştirak üçün Suriyaya və İraqa İŞİD tərəfdarlarının qeyri-leqal göndərilməsini təmin edirmiş.

On yeddi ünvanda aparılmış xüsusi əməliyyat zamanı ümumilikdə 60 əcnəbi saxlanılıb. Bununla yanaşı, gizli laboratoriya aşkar edilib. 

Operativ axtarış və istintaq tədbirləri davam etdirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar