Rusiyada helikopter qəzası baş verib
03.05.2016 531 0.0 0

Rusiyanın Kamçatka vilayətində “Robinson-44” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

 

RİA "Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka Vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.

Qəzanın baş verdiyi ərazidə 3 nəfərin cəsədi tapılıb. Axtarışlar davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyindən onu da əlavə ediblər ki, bu model helikopter 4 nəfər yerlikdir.

 

Kamçatka regional axtarış-xilasetmə bazasından bildirilib ki, helikopterin uçuş üçün qeydiyyatı olmayıb.

 

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar