Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi tərəflərinə sülh sazişi istiqamətində işi davam etdirməklə bağlı qəti çağırış edilib
29.12.2015 451 0.0 0

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə vasitəçi qismində yardım etmək üçün ali səviyyədə görüşlər də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edir”.

Məlumatıa görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin yekunlarına dair məlumatında deyilir.
 
“Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən çətin vəziyyət fonunda Rusiya münaqişə tərəflərinə vasitəçi qismində yardım etməkdə böyük rol oynayıb, o cümlədən ali və yüksək səviyyədə görüşlər daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edib. Bu təşəbbüslər Rusiya prezidenti Vladimir Putinin apreldə İrəvana və iyulda Bakıya səfərləri zamanı müzakirə edilib, həmçinin Ermənistan xarici işlər nazirinin aprel ayında və Azərbaycan xarici işlər nazirinin may ayında Moskvaya səfəri zamanı nəzərdən keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin ATƏT Xarici İşlər Nazirləri Şurasındakı nümayəndə heyətləri rəhbərlərinin dekabr ayının əvvəlində verdiyi bəyanatda tərəflərə münaqişənin sülh yolu ilə həlli öhdəliyinə sadiq qalmaq və təkliflər əsasında hərtərəfli sülh sazişinin əldə olunması istiqamətində işi davam etdirməklə bağlı qəti çağırış edilib”, - deyə açıqlamada bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar