Rusiya və Türkiyə `S-400`-lərin tədarük qiymətinə dair razılığa gəliblər
04.04.2018 818 0.0 0

Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər .Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.   

 

V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını   müzakirə ediblər.  

 

“Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”, - deyə Putin qeyd edib.   

O qeyd edib ki, “S-400”-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib.   /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar