Rusiya və NATO generalları uzun fasilədən sonra danışıq aparıblar
03.03.2017 837 0.0 0

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Pyotr Pavel arasında telefon danışığı olub.
 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, NATO-nun təşəbbüsü ilə baş tutan telefon əlaqəsi tərəflər arasında münasibətlərin dondurulmasından sonra ilk dəfədir.
 
“Bu, NATO Şurasının Rusiya ilə əlaqələri dondurması qərarından sonra yüksək səviyyədə hərbi xətlə ilk təmasdır. Tərəflər təhlükəsizliyin təmin olunması problemlərini, hərbi xətlə qarşılıqlı fəaliyyətin bərpa olunması perspektivlərini, insidentlərin qarşısının alınmasını və beynəlxalq tədbirlərdə alyans nümayəndələrinin iştirakını müzakirə ediblər. Rusiya ordusunun Baş Qərargah rəisi Moskvanın Şimali Atlantika İttifaqının ölkə sərhədləri yaxınlığında hərbi fəallığının gücləndirilməsi ilə bağlı narahatlığını NATO nümayəndəsinin diqqətinə çatdırıb”, - deyə Rusiya MN-in məlumatında bildirilir.  
 
Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra 2014-cü ildə NATO Şurası Rusiya ilə əməkdaşlığın dayandırılması haqqında qərar çıxarıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar