Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
28.11.2016 689 0.0 0

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
 
Məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
 
Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.
 
“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, məlumatda deyilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar