Rusiya Təhlükəsizlik Şurasının katibi: «ABŞ və NATO-nun Rusiyaya qarşı aqressivliyi artmaqdadır»
20.05.2015 584 0.0 0
“Rusiya sərhədləri yaxınlığında ABŞ və NATO-nun hücum potensialının artması təkcə bizə deyil, həm də tərəfdaşlarımıza təhlükə yaradır”.

 

“RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik şuraları katiblərinin komitəsinin Tacikistanda keçirilən iclasında deyib.

 

O qeyd edib ki, dövlətlərin öz maraqları uğrunda mübarizəsində əhalinin etiraz potensialından, radikal və ekstremist təşkilatlardan, özəl hərbi şirkətlərdən istifadə ənənəvi hal alıb. “ABŞ və NATO-nun Rusiyaya qarşı aqressivliyi artmaqdadır”, - deyə o vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar