Rusiya Suriyada yeni raketindən istifadə edib - Şoyqu
06.10.2016 526 0.0 0

Rusiya Suriyada yeni X-101 raketlərini sınaqdan keçirib.

 

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, Suriyada Rusiyanın müasir silahları uğurla sınaqdan çıxarılıb.

 

Qeyd edək ki, X-101 raketi 1995-2013-cü illər ərzində hazırlanıb. Raket radiolokasiya sistemlərinə görünmə imkanlarını azaldan texnologiyaya sahibdir. O, 5500 kilometr məsafədəki hədəfləri məhv etmək gücündədir.

 

Bu raketlər Tu-95 və Tu-160 strateji bombardmançıları ilə daşına bilir. Ruslar bu raketdən ilk dəfə Suriyada 2015-ci ilin noyabrında istifadə ediblər. X-101 nüvə başlığı daşımaq gücündə deyil. /axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar