Rusiya Ərəbistanda AES tikmək istəyir
05.10.2017 580 0
Rusiyanın “Rosatom” şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb. Məlumata görə, bunu “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçyov deyib.
Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib.
Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.
Qeyd edək ki, 2015-ci ilin yayında Rusiya və Səudiyyə Ərəbistanı atom sahəsində əməkdaşıq barədə saziş imzalamışdı./Trend/
Digər xəbərlər:
Şərhlər




