Rusiya özünü gülünc vəziyyətə saldı
03.12.2015 963 0.0 0

"Türkiyə kiçik Suriya müxaliflərini dəstəkləyir, amma "İŞİD-lə ticarət" məsələsi uydurma və gülüncdür."
Rusiya Müdafiə Nazirliyi, Türkiyənin İŞİD-lə neft ticarəti etdiyini iddia edərkən özünü gülünc vəziyyətə salıb. Bizimyol.info xəbər verir ki, rus təyyarəsinin vurulmasından sonra ilk dəfə olaraq Rusiya İŞİD yalanına əl atıb. Mətbuat konfransı təşkil edən Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov, Türkiyənin İŞİD-dən neft aldığını sübut etmək üçün xəritə təqdim edib. Lakin Antonov və rus mətbuatı ölkəni gülünc vəziyyətə salıb. 

Rusiyanın xəritəsinə görə, 10 avqust və 16 noyabr 2015-ci il tarixlərində İŞİD-in əlindəki Deyr ez Zor və Rakka şəhərlərindən yüklənən neft, Türkiyənin Hatay və Batman ərazilərinə daşınıb. Xəritəyə görə, neft daşıyan karvan, Əsəd rejimi və PKK-nın qolu olan YPG-nin nəzarətindəki ərazilərdən keçərək Türkiyəyə gedib.  Bu iddiaları təsdiqləmək üçün hətta Rusiya mətbuatına Azad Suriya Ordusunun komandirlərindən biri olduğu deyilən şəxs müsahibə verib. O, iddiaları təsdiqləyərək, Türkiyəni İŞİD-lə ticarətdə günahlandırıb. 

Lakin Türkiyənin bəzi qəzetləri qısa araşdırmadan sonra rus mətbuatına açıqlamalar verərək, iddiaları təsdiqləyən həmin şəxsin komandir olmadığını və hal-hazırda Qahirə şəhərində yaşadığını müəyyən edib. Məlum olub ki, rus mətbuatı məsələni gündəmdə saxlamaq və iddiaları təsdiqləmək üçün belə bir yalana əl atıb. 

 

 

İŞİD-lə ticarət məsələsinin gündəmə gəlməsindən sonra isə ABŞ-dan açıqlama gəlib. ABŞ rəhbərliyi, Türkiyənin İŞİD-dən neft aldığı ilə bağlı bütün iddiları sərt bir dillə rədd edib. ABŞ xarici işlər nazirliyinin sözcüsü Julia Mason, açıqlamasında iddiaları təsdiq edən heç bir sübut tapmadıqlarını deyib. 

ABŞ rəhbərliyindəki koalisiyanın İŞİD-ə qarşı başlatdığı əməliyyatın sözcüsü Steve Warren də Türkiyənin İŞİD-dən neft alması ilə bağlı iddiaların axmaqlıqdan başqa bir şey olmadığını deyib. Warren, Bağdaddan videokonfrans vasitəsiylə Pentagondakı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, iddianı rədd etdiklərini və bu məsələnin çox gülünc olduğunu deyib: "Türkiyə təyyarələrimizə ev sahibliyi edir. İŞİD-ə qarşı əməliyyatlar təşkil edir. Türkiyə kiçik Suriya müxaliflərini dəstəkləyir, amma "İŞİD-lə ticarət" məsələsi uydurma və gülüncdür." 

Qeyd edək ki, Türkiyə Rusiyanın bu iddiasına cavab verib. Türkiyə, Rusiyanın PKK-nın qolu sayılan PYD və YPG-yə dəstək verdiyini bildirib. Suriya Yerli Koordinasiya Komitəsinin açıqlamasına görə, Rusiya ordusuna aid hərbi yük təyyarəsi, Şeyx Maqsud bölgəsindəki PYD və YPG silahlılarına dünən gecə 03.00 radələrində paraşütlərlə 5 ton yüngül silah atıb. /bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar